İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

01 iyun 2026, 17:11

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

28 May milli dirçəliş, dövlətçilik və demokratiya dəyərlərinə sadiqliyin rəmzi kimi Azərbaycanın tarixində xüsusi yerə malikdir. Bu gün Azərbaycan güclü, müasir və dinamik şəkildə inkişaf edən, beynəlxalq arenada öz mövqeyini inamla möhkəmləndirən dövlətdir.

Sizin həyata keçirdiyiniz multikulturalizm, tolerantlıq və millətlərarası barışığın qorunub saxlanılması siyasəti xüsusi hörmətə layiqdir. Bunun sayəsində Azərbaycan bütün dünyada müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və dostluq şəraitində yaşadığı ölkə kimi tanınır. Bu, İsraildə yaşayan azərbaycanəsilli insanlar üçün xüsusi əhəmiyyətə malikdir və onların uşaqlıq, gənclik illərinin keçdiyi ölkə ilə bağlı səmimi qürur hissi doğurur.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayıram.

Hörmətlə,

 

Şaul Siman-Tov

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri,

“Azİz” Assosiasiyasının icraçı direktoru,

STMEGI TV-nin İsrail filialının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55