İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01 iyun 2026, 15:50
İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirdi.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə etdi.

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirildi.

Dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Kaleb Orr, eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.

Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulandı.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05