Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

28 may 2026, 21:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu bildirirəm.

Hörmətlə,

 

Xose Mariya Balkasar Selada

Peru Respublikasının Prezidenti

SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00