26 may 2026, 13:40

Fərid Mustafayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, təşkilatçılıq qabiliyyətinin bariz təcəssümüdür. Şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təşəbbüslərimiz dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Sizin uzaqgörən rəhbərliyiniz sayəsində Azərbaycan bu gün qlobal proseslərin fəal iştirakçısına çevrilmiş, etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizdə görülən bir çox işlər nümunə kimi göstərilir.

Möhtərəm Prezident, əldə edilən uğurlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun

Hörmətlə,

Fərid Mustafayev

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.