25 may 2026, 14:45
Billurə İbrahimovadan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Şirvan şəhərində son illərdə aparılan abadlıq və quruculuq işləri şəhər sakinləri tərəfindən böyük məmnunluqla qarşılanır. Küçələrin yenidən qurulması, park və yaşıllıq sahələrinin salınması, yolların təmiri, işıqlandırma sisteminin yenilənməsi şəhərimizin daha gözəl və müasir görünüş almasına səbəb olmuşdur. Aparılan bu işlər sakinlərin rahatlığının təmin olunmasına, şəhərin inkişafına və insanların yaşayış şəraitinin yaxşılaşmasına mühüm töhfə verir.
Şirvana və şirvanlılara göstərilən diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident.
Hörmətlə,
Billurə İbrahimova
Azərbaycan Respublikası, Şirvan şəhəri.