Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

25 may 2026, 11:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.

Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55