22 may 2026, 14:43
Əhmədağa Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mən və qardaşım Murad Tbilisi Dövlət Tibb Universitetində təhsil alırıq.
Bakı-Tbilisi-Bakı qatarının yenidən müasir formada bərpası Tbilisidə təhsil alan tələbələri ürəkdən sevindirdi. Belə ki, valideynlərimizin və bizim Vətənə gediş-gəlişimiz daha da asanlaşdı.
Əziz Prezidentimiz! Sizin Azərbaycan üçün hər sahədə atdığınız addımlar bizlərin xoşbəxt gələcəyinin və rifahının qarantıdır.
Uca Allah Sizi qorusun!
Hörmətlə,
Quliyev Əhmədağa Vüqar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri