Aris Əhmədovdan, Sabirabad, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi və bütün Azərbaycan xalqını paytaxtımız Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının uğurla keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm.
17–22 may tarixlərində təşkil olunan bu Forum dövlət və hökumət başçıları səviyyəsində keçirilməklə tarixi əhəmiyyət kəsb edir. Dayanıqlı şəhərsalma, urbanizasiya, ağıllı şəhərlərin qurulması, müasir infrastrukturun inkişafı və iqlim risklərinə davamlı şəhər modelləri kimi qlobal məsələlərin məhz Bakıda müzakirə olunması ölkəmizin beynəlxalq nüfuzunun bariz təcəssümüdür.
Bu tədbirlər ölkəmizin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha bütün dünyaya sübut edir.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dünyanın ən mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən dövlətlər sırasında layiqli yerini tutmuşdur. Bu uğur həm ölkəmizin güclü diplomatik mövqeyinin, həm də Bakının müasir və inkişaf etmiş şəhər kimi dünya səhnəsindəki imicininin parlaq ifadəsidir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, əziz Azərbaycanımıza isə daim tərəqqi və firavanlıq arzulayıram!
Hörmətlə,
Əhmədov Aris
Azərbaycan Respublikası, Sabirabad rayon, Əlicanlı kənd