Vaqif Şadlinski və başqalarından Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Şəhərsalma sahəsində mühüm tədbir olan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi dünya xalqlarının diqqətini yenidən Azərbaycana cəlb edən əhəmiyyətli hadisəyə çevrilib. Bu da Azərbaycan Respublikası Prezidentinin dünya miqyasındakı nüfuzunun ən yüksək pillələrdə olmasının əyani təsdiqidir.
Möhtərəm Prezident!
Sizin hər addımınız xalqımızı sülhə, əmin-amanlığa doğru irəliləməsinin, gələcəyə inamla baxmasının vacib düyməsinə çevrilib. Həm öz adımızdan, həm də kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, minnətdarlığımızı yetiririk.
Dərin hörmət və ehtiramla,
Şadlinski Vaqif, “Şöhrət”ordenli, Əməkdar elm xadimi, akademik
Mövsümov Nəriman - ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor
Allahverdiyev Mübariz, Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim, professor
Azərbaycan Respublikası, Bakı şəhəri