22 may 2026, 16:20

Rüfət Xəlilzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bir incəsənət xadimi olaraq mədəniyyət və incəsənət sahəsinə verdiyiniz dəyəri, mədəniyyətimizin keşiyində duranlara göstərdiyiniz qayğını görüb-eşitdikcə qürurlanıram. Ulu Öndərimiz Heydər Əliyevin yolunu, ənənələrini layiqincə davam etdirir, mədəniyyət və incəsənət sahələrinə böyük ehtiramla yanaşırsınız. Bu gün bütün mədəniyyət və incəsənət xadimləri öz həyatlarında Sizin böyük diqqətinizi, tükənməz qayğınızı hiss edirlər.

Məni də yüksək məqama – Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq gördüyünüz üçün Sizə sonsuz minnətdarlığımı bildirir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzu edirəm.

Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmət və ehtiramla,

Rüfət Xəlilzadə,

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti,

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.