22 may 2026, 13:01

Məzahir Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunmasına görə qürur hissləri keçirir və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, sabitliyinin və inkişafının növbəti göstəricisidir.

Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib.

Siz həmişə xalqla bir sırada dayanıb, xalqın mənafeyi uğrunda əlinizdən gələni edirsiniz. Azərbaycanı işıqlı sabaha aparan, torpaqlarımızı düşməndən xilas edən, ölkəmizi qlobal aləmdə tanıdan və şöhrətləndirən məhz Sizsiniz, cənab Prezident.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Əhmədov Məzahir Rafael oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.