21 may 2026, 18:33

Samir Kərimovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə keçirilən beynəlxalq şəhərsalma tədbirləri Azərbaycanın inkişafını və dünyadakı nüfuzunu daha da artırır.

Yenidən qurulan şəhərlərimiz yalnız yaşayış məkanları deyil, onlar iqtisadi dinamikanın, sosial münasibətlərin, innovativ düşüncənin və mədəni dəyərlərin cəmləşdiyi strateji mərkəzlərə çevrilib. Buna görə ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi xüsusi siyasi və strateji məna daşıyır.

Forumun açılış mərasimində çıxışınız müasir Azərbaycanın inkişaf kursunu, şəhərsalma fəlsəfəsini və gələcəyə baxışını əks etdirən geniş konseptual yanaşmanı əks etdirdi.

Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri xalq tərəfindən yüksək qiymətləndirilir. Bu sahədə Sizə uğurlar və möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Kərimov Samir

Azərbaycan Respublikası, İsmayıllı rayonu.