21 may 2026, 16:55

Muxtar Məmmədovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident,

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ölkəmizdə yüksək səviyyədə keçirilməsi və Azərbaycanın bu mühüm qlobal platformada uğurla təmsil olunması bir daha göstərdi ki, ölkəmiz Sizin rəhbərliyiniz altında diplomatik arenada böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bu kimi qlobal tədbirlər ölkəmizin beynəlxalq imicini daha da gücləndirir, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Eyni zamanda, Azərbaycanın müasir inkişaf modeli və strateji baxışı dünya ölkələri üçün nümunə kimi təqdim olunur.

Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz və məqsədyönlü diplomatik fəaliyyətiniz nəticəsində Azərbaycan bu gün qlobal proseslərin fəal iştirakçısına çevrilmişdir və beynəlxalq arenada söz sahibi olan ölkələrdən biri kimi tanınır.

Sizə ölkəmizin inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində gördüyünüz bütün işlərə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Məmmədov Muxtar Xəyal oğlu

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.