İlham Əliyevlə Fransa Prezidenti arasında telefon danışığı olub

21 may 2026, 13:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Prezidentin X sosial media hesabında paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.

Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”.

SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00