21 may 2026, 14:41
İncəsənət xadimlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Yaradıcı insanlara verdiyiniz dəyərə, göstərdiyiniz qayğıya, onları Prezident təqaüdünə və mükafatlarına layiq gördüyünüzə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-cı il 7 may tarixli Sərəncamınızda öz adımızı gördükdə qəlbən sevindik. Bu mükafat bizi yeni uğurlara səsləyir, bizim üçün gələcəyə çağırışdır.
Cənab Prezident, Sizinlə Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə çatacağına inanırıq. Bu yolda Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Yulizana Kuxmazova, Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri, Əməkdar artist
Anar Məmmədov, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqası
Azərbaycan Respublikası, Bakı şəhəri.