20 may 2026, 15:15

Keçmiş məcburi köçkündən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Vaxtilə doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin uzun illər ərzində yaşayışı, məskunlaşdırılması, bir sözlə həyat sürməsi yolunda Sizin çox böyük zəhmətinizin olması danılmazdır. Bizim ailə Cəbrayıl rayonundan məcburi köçkün kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsində müvəqqəti məskunlaşmışdı. Sizin sayənizdə öz el-obamıza qayıtdıq, rayonumuzun Şükürbəyli kəndində evlə təmin olunduq.

Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə Sizə özümün və ailəmin adından təşəkkür edirəm.

Hörmətlə,

Qasım Bəbirov,

Cəbrayıl rayonundan keçmiş məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.