20 may 2026, 18:37

Vaqif Behbudovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Beynəlxalq şəhərsalma tədbirinin bizim ölkəmizdə keçirilməsi məni çox sevindirdi. Ölkəmiz hər yerdə öz sözünü deməkdədir. Belə mötəbər tədbirə ev sahibliyi etmək həm Azərbaycana göstərilən yüksək etimadın, həm də beynəlxalq nüfuzun göstəricisidir.

Bizim doğma Xocalı şəhəri də gündən-günə çiçəklənir, gözəlləşir. Bunun üçün də Sizə minnətdaram.

Hörmətlə,

Vaqif Behbudov,

şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.