Eşqin Əliyev və başqalarından, Zərdab, Azərbaycan
Hörmətli cənab Prezident!
Biz, Zərdab rayonunun gənc futbolçuları olaraq, Sizə dərin hörmət və ehtiramımızı bildiririk.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Zərdab rayonunda rayon gəncləri arasında mini-futbol üzrə turnirin keçirilməsi ilə əlaqədar müraciətimizə lazımi dəstək göstərilmiş, aidiyyəti qurumlara müvafiq göstərişlər verilmişdir. Keçirilən bu turnir rayon gəncləri arasında böyük maraq və ruh yüksəkliyi yaratmış, onların idmana olan həvəsini daha da artırmışdır. Belə tədbirlər gənclərin sağlam həyat tərzinə yönəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və idmana marağın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təşəbbüsümüzə lazımi dəstək göstərilməsini ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndiririk.
Cənab Prezident, Sizə təşəkkür edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Zərdab rayonunun gənc futbolçuları:
Eşqin Əliyev,
Elgiz Abdullayev,
Ruslan İsayev,
Əli Zeynalov və başqaları (8 nəfər).
Azərbaycan Respublikası, Zərdab şəhəri.