Sabir Rüstəmxanlıdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Ədəbi fəaliyyətimi yüksək qiymətləndirərək məni “Şərəf” ordeni ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Mən bütün yaradıcılıq həyatımı xalqımızın mənəvi dəyərlərinin və ləyaqətinin qorunmasına, milli şüurunun inkişafina, azadlıq və istiqlalına həsr etmişəm. Buna görə də Azərbaycanın bugünkü qüdrəti, uğurları və tarixi qələbələri ilə qürur duyuram. Bu tarix birmənalı şəkildə Sizin adınızla bağlıdır. Azərbaycan xalqının çoxəsrlik tarixinə yeni bir şərəf qazandıran Zəfər Gününün müəllifi, 30 illik Vətən həsrətinə, nisgilinə son qoyan savaşın qəhrəman və qalib Ali Baş Komandanı olaraq Siz xalqımızın və bizi sevənlərin ürəyində özünüzə heykəl ucaltmısınız.
Sizə Azərbaycan naminə apardığınız mübarizədə böyük uğurlar diləyir, Tanrıdan Sizə və çox hörmətli Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Dərin hörmət və ehtiramla,
Sabir Rüstəmxanlı
Xalq şairi.
Azərbaycan Respublikası, Bakı şəhəri.