19 may 2026, 18:30

Elamin Kazımovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağdam şəhərində aparılan genişmiqyaslı yenidənqurma işləri və məcburi köçkün ailələrinin yeni evlərlə təmin olunması bizi sonsuz sevindirir. Uzun illər həsrətində olduğumuz doğma torpaqlara qayıdış artıq gerçəyə çevrilir. Qurulan yeni yaşayış məntəqələri, yollar, məktəblər və sosial obyektlər dövlətimizin gücünü göstərir.

Bu böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Elamin Kazımov

Azərbaycan Respublikası, Ağdam şəhəri.