16:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi...
30 iyul 2026, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 48-ci maddəsinin 5-2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”ndə narkoloji xəstələr üçün məhdudiyyətin müddətinin müvafiq peşə növləri və vəzifələr üzrə təkmilləşdirilməsinə dair zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124, № 7, maddə 641; 2026, № 1, maddə 32, № 2, maddə 124; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 aprel tarixli 655 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasa “e” bəndində,” sözlərindən sonra “48-ci maddəsinin 5-2-ci hissəsində,” sözləri əlavə edilsin;
3.2. altıncı abzasa “maddəsində,” sözündən sonra “48-ci maddəsinin 5-2-ci hissəsində,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2026-cı il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi...
30 iyul 2026, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su...
30 iyul 2026, 12:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı...
30 iyul 2026, 12:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya,...
30 iyul 2026, 12:36Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində...
30 iyul 2026, 12:35Əlahəzrət,
Əziz Qardaşım,
Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq...
30 iyul 2026, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:34Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...
29 iyul 2026, 19:33Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham...
29 iyul 2026, 19:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında...
29 iyul 2026, 19:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar...
29 iyul 2026, 19:30