19 may 2026, 16:30

İbrahim Kərimovdan, Bakı, Azərbaycan

Salam, Qarabağ Fatehi cənab İlham Əliyev!

Siz, 200 ildən sonra tarixə imza ataraq Azərbaycanın zəbt olunmuş torpaqlarını geri aldınız və bu xalqın Vətən ruhunu yenidən oyatdınız. Siz, Şah İsmayıl kimi Vətənin torpaqlarını birləşdirdiniz, Şah Abbas kimi ordumuzu təkmilləşdirib gücləndirdiniz, Nadir Şah kimi böyük qələbə qazandınız.

Hər zaman sahibkarlara dəstək olur, hər bir vətəndaşa qayğı göstərirsiniz. İmdad diləyənə əl uzadır, insanların dərdinə biganə qalmırsınız. Ölkədə dinindən, kimliyindən asılı olmayaraq vətəndaşları sevir və yardım edirsiniz. Bu birlik və diqqət xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Siz daim sağlam və güclü olun ki, Azərbaycan həmişə güclü və qüdrətli olsun.

Allah ömrünüzə bərəkət versin. Ulu Öndərimiz Heydər Əliyevin ruhu şad olsun. Xalqımız hər zaman Sizinlə və Sizin kimi böyük bir şəxsiyyət yetişdirdiyi üçün Ulu Öndərlə fəxr edir.

Dərin hörmət və ehtiramla,

İbrahim Kərimov

Azərbaycan Respublikası, Bakı şəhəri.