19 may 2026, 14:13
Şəhid atasından, Tovuz, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, Tovuz rayonunun Əlibəyli kəndindən olan şəhid Sərxan Həsənovun atasıyam. Sizə sonsuz təşəkkürümü bildirirəm.
Göstərdiyiniz diqqət nəticəsində işlə təmin edilmişəm və şükürlər olsun hər şey yaxşıdır. Bundan sonra da, hər şeyin daha yaxşı olacağına əminəm.
Hər zaman Sizi dövlətimizin xilaskarı olaraq qəbul edirik. Allah dövlətimizi və dövlətçiliyimizi qorusun.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Habil Həsənov,
şəhid atası
Azərbaycan Respublikası, Tovuz rayonu, Əlibəyli kəndi.