19 may 2026, 13:05

Əli Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

“Deluxe Travel” şirkəti adından Sizə dərin təşəkkürümü bildirirəm.

Son illərdə ölkəmizdə aparılan quruculuq işləri, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, turizmin və sahibkarlığın inkişafına göstərilən diqqət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Xarici sərmayədarlar artıq ölkəmizi böyük maraqla seçirlər. Bir sahibkar kimi deyə bilərəm ki, Birləşmiş Ərəb Əmirliklərinin məşhur parfüm brendi olan və əməkdaşlıq etdiyim “Aroma Di Lamore”un Bakıda rəsmi mağazasının açılması da bunun nəticəsi hesab oluna bilər.

Cənab Prezident, dövlətimizə uğurla rəhbərliyinizə, bir sıra sahələrə göstərdiyiniz diqqətə və doğma Azərbaycanımıza bəxş etdiyiniz yeniliklərə görə Sizə minnətdaram.

Hörmətlə,

Əli Babayev,

sahibkar

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.