19 may 2026, 12:01
Sahib Quliyevdən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə insanların sosial rifahının yüksəldilməsi, məşğulluğun təmin olunması və vətəndaşlara göstərilən dövlət qayğısı hər birimiz tərəfindən yüksək qiymətləndirilir.
Mənim özünüməşğulluq proqramına cəlb olunmağım və dövlət dəstəyi ilə lazımi əmlakla təmin edilməyim öz işimi qurmağıma və ailəmin maddi vəziyyətinin yaxşılaşmasına mühüm töhfə vermişdir. Bu proqram mənim üçün yeni imkanlar yaratmış, gələcəyə daha inamla baxmağıma şərait yaratmışdır.
Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
Sahib Quliyev
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.