18 may 2026, 19:00

Qüdrət Səfərovdan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin tapşırığınıza əsasən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına, dayanıqlı iqtisadiyyatın və sahibkarlığın inkişafına dəstək göstərən bir layihədir.

Özünüməşğulluq proqramının həyata keçirildiyi ötən müddət ərzində minlərlə insan öz təsərrüfatını, işini qurmuş, ailəsi üçün gəlir mənbəyi, çörək yeri formalaşdırmışdır.

Bu layihənin daimi olmasını arzulayır və bizə göstərilən bu qayğı üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qüdrət Səfərov

Azərbaycan Respublikası, Şamaxı rayonu, Həmyəli kəndi.