18 may 2026, 18:30

Sənət adamlarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətə, həmçinin bizim əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-cı il 7 may tarixli Sərəncamınızda adımızı gördükdə sözlə ifadə edilməyəcək qədər xoş hisslər yaşadıq. Bütün bunlar bizə qol-qanad verir, bizi gələcək uğurlara səsləyir.

Cənab Prezident, uğurlarınız bol olsun!

Hörmətlə,

Aleksey Miltıx, Azərbaycan Dövlət Simli Kvartetinin artisti, Əməkdar artist,

Məmməd Rəcəbli, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti,

İlyas Əhmədov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artisti

Azərbaycan Respublikası, Bakı şəhəri.