18 may 2026, 16:00

Həmdulla Hüseyinovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Biz şəhid və qazi ailələri olaraq Sizin rəhbərliyinizlə qazanılan bütün tarixi uğurlara, şanlı qələbələrə ürəkdən sevinir, hər zaman Sizin ətrafınızda sıx birləşdiyimizi və apardığınız müdrik daxili və xarici siyasəti tam dəstəklədiyimizi uca səslə bəyan edirik. Azərbaycan xalqı polad iradəli bir xalqdır və Sizin rəhbərliyinizlə hər zaman ən uca zirvələri fəth etməyə qadirdir.

Mənim ailəm də hər zaman dövlətimizin və Sizin yanınızdadır. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən müqəddəs mübarizədə ailəmiz böyük fədakarlıqlar göstərmişdir. Özüm 1994-cü ilin yanvar ayında Birinci Qarabağ müharibəsi döyüşlərinə qatılmışam və Vətən qarşısındakı borcumu yerinə yetirmişəm. Qardaşım 1992-ci ildən başlayaraq Füzuli uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak etmiş və 1994-cü ilin yanvar ayında itkin düşərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhid oğlum, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli Ramazan Hüseynzadə Xocalı əməliyyatı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qazi oğlum Eldəniz Hüseynzadə 44 günlük Vətən müharibəsində, "Qisas" əməliyyatında və antiterror tədbirlərində rəşadətlə döyüşmüşdür.

Cənab Prezident, vətənpərvər Cəlilabad əhalisi Sizi çox sevir və hər zaman Sizinlədir. Biz dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi ali diqqət və qayğını hər addımda hiss edirik. Sizə olan inamımız sarsılmaz, dövlətimizə sadiqliyimiz sonsuzdur.

Allah Sizi və dövlətimizi qorusun!

Yaşasın Azərbaycan xalqı! Yaşasın müstəqil və qüdrətli Azərbaycan dövləti!

Dərin hörmət və ehtiramla,

Hüseyinov Həmdulla Dövlət oğlu

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.