18 may 2026, 14:40

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakınız, Türk dünyasının birliyi və həmrəyliyi istiqamətində nümayiş etdirdiyiniz qətiyyətli mövqe biz gənclərdə böyük qürur hissi yaradır.

Qazaxıstan Respublikasında Sizin yüksək səviyyədə qarşılanmağınız, dövlət başçıları ilə birlikdə keçirdiyiniz görüşlər və Zirvə çərçivəsində səsləndirdiyiniz mühüm mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun, eləcə də Türk dünyasında artan liderlik rolunun bariz nümunəsidir.

Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirakınız və türk xalqlarının ortaq tarixi-mədəni irsinin qorunmasına verdiyiniz dəstək xüsusilə təqdirəlayiqdir. Bu təşəbbüslər gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, “GovTech” və süni intellekt sahəsində əməkdaşlıq istiqamətində aparılan müzakirələr ölkələrimiz arasında innovasiya və texnoloji inkişafın daha da güclənəcəyinə böyük ümid yaradır. Sizin rəhbərliyinizlə Azərbaycanın müasir texnologiyalar və rəqəmsal inkişaf sahəsində qazandığı uğurlar hər bir Azərbaycan gənci üçün nümunədir.

Cənab Prezident, Türk dünyasının birliyi, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.