Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm Zəfər Azərbaycan xalqının qəddini dikəltmiş, bizi dünyada müzəffər xalq kimi tanıtmışdır. Mən də bir Azərbaycan gənci və Cəlilabad sakini olaraq, 44 günlük Vətən müharibəsi başlayan ilk günlərdən hamı kimi könüllü şəkildə ordu sıralarına yazılmağı özümə müqəddəs borc bildim.
Biz, Cəlilabad əhalisi olaraq, hər zaman dövlətimizin yanındayıq və Sizin yürütdüyünüz qalib siyasəti ürəkdən dəstəkləyirik. Şəhidlərimizin dəfn mərasimlərində hər bir vətəndaşımız kimi biz də yaxından iştirak edərək, qəhrəmanlarımızın valideynlərinə təsəlli verməyi, onların qüruruna şərik olmağı özümüzə mənəvi borc bilmişik. Bu gün də şəhid ailələrinə Sizin dediyiniz kimi mənəvi dayaq olmağa davam edirik. Dövlətimiz sağ olsun ki, onların maddi ehtiyaclarını hər tərəfli təmin edir, biz isə xalq olaraq onların hər zaman yanındayıq.
Sizin o tarixi sözlərinizi heç vaxt unutmarıq: "Şəhid olmuş hər bir insan, Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq!" Bəli, cənab Ali Baş Komandan, biz də unutmuruq və unutdurmuruq!
Bu gün başımız dik, torpaqlarımız azaddırsa, buna görə Sizə və canından keçən qəhrəmanlarımıza minnətdarıq. Allah Sizi, Ordumuzu və qüdrətli dövlətimizi qorusun!
Dərin hörmət və ehtiramla,
Niftiyev Əzim Özüxan oğlu
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.