Dilarə Mövlayevadan, Göygöl, Azərbaycan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev!
Sizin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışınız Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və tarazlı siyasət yürütdüyünü bir daha nümayiş etdirdi. Regionda sülhün təmin olunmasında əlbəttə ki, Sizin uzaqgörən siyasətinizin, diplomatik səriştənizin, prinsipial mövqeyinizin rolu əvəzsizdir. Məhz beynəlxalq hüquqa, qarşılıqlı dialoqa əsaslanan əməkdaşlıq mövqeyiniz dünya dövlətləri tərəfindən ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur. Sizin rəhbərliyiniz sayəsində ölkəmizə göstərilən bu etimad hər birimizi qürurlandırır. Sizin kimi Liderimiz olduğu üçün fəxr edirəm.
Cənab Ali Baş Komandan, Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə həyata keçirdiyiniz ali dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Dilarə Mövlayeva
Azərbaycan Respublikası, Göygöl şəhəri.