Rauf Hüseynlidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin inkişaf etməsi bizdə böyük qürur hissi yaradır. Mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi, onların müxtəlif orden və medallarla, fəxri ad və mükafatlarla təltif edilməsi ilə bağlı imzaladığınız və mühüm əhəmiyyət daşıyan sərəncamlarınız bizə qol-qanad verir. Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətinizin növbəti təzahürü olan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-ci il 7 may tarixli Sərəncamınızla bizi növbəti dəfə sevindirdiniz.
Əziz Prezidentimiz, mənə Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi ilə əlaqədar olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Rauf Hüseynli,
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti, Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri.