Naidə İsmayılzadədən, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2026-cı il 7 may tarixli Sərəncamınız sənət adamlarına, o cümlədən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında çalışan yaradıcı heyətə böyük sevinc və qürur bəxş etdi. Teatrımızın bir qrup sənətçisi Prezident mükafatına layiq görülmüşdür.
Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz xüsusi diqqətə və qayğıya görə teatrımızın kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanımızın inkişafı, xalqımızın rifahı naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə böyük və davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Naidə İsmayılzadə,
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.