14 may 2026, 14:09

Nemət Babaşovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sahibkarlıq fəaliyyəti sahəsində əməyimə verilən yüksək qiymətə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı, yaradılmış əlverişli biznes mühiti biz sahibkarları daha məsuliyyətlə çalışmağa, dövlətimizin iqtisadi gücünün artırılmasına töhfə verməyə ruhlandırır.

Bu ali mükafatı mənə göstərilən böyük etimad kimi qəbul edir, bundan sonra da Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətimi əzmlə davam etdirəcəyimi bildirirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Nemət Babaşov,

Hacıqabul Quşçuluq Şirkətinin təsisçisi və direktoru

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Ağacanlı kəndi.