14 may 2026, 16:33
Arzu Hüseynova və başqalarından, Ağstafa, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Ağstafa şəhəri, M.Allahverdiyev küçəsində qəzalı halda olan çoxmənzilli binanın yerində 32 ailə üçün inşası davam edən yeni bina mənzil problemimizi kökündən həll edəcəkdir. Bu işin görülməsi sakinlərdə böyük razılıq yaratmış, ailələrimizə sevinc gətirmişdir.
Bizə göstərdiyiniz bu doğma münasibət və qayğıya görə Sizə sonsuz minnətdarıq. Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi yolunda yeni zəfərlər arzulayırıq.
Dualarımız hər zaman Sizinlədir.
Dərin ehtiramla,
Arzu Hüseynova,
Elmira İsmayılova,
İradə Heybətova
Azərbaycan Respublikası, Ağstafa şəhəri.