14 may 2026, 15:10

Prezident mükafatçılarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan mədəniyyətinə qayğınız sayəsində bir qrup mədəniyyət və incəsənət xadimləri Sizin tərəfinizdən Prezident mükafatına layiq görülmüşdür. Siz mədəniyyət və incəsənət xadimlərinə daim xüsusi diqqət yetirir, sənət inciləri yaradan insanlara sonsuz qayğı göstərirsiniz. Bu, Sizin sənətə və sənətkara verdiyiniz qiymətlə yanaşı, mədəniyyətin sabahını düşünmənizin nəticəsidir.

“İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınızda adımızı görmək bizi çox sevindirdi. Buna görə Sizə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, mədəniyyət işçilərinə göstərdiyiniz etimadı doğruldacaq və Azərbaycanda teatr sənətinin inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz qayğı və diqqətiniz sayəsində bizim əməyimizi yüksək qiymətləndirərək verdiyiniz yüksək qiymətə görə Sizə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin kollektivi adından dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Səmədov Şükür, Xalq artisti, orkestrin direktoru,

Əlizadə Şəhla, Əməkdar artist,

Hacıyev Əli, Əməkdar artist,

Hacıyev İlqar, Əməkdar artist,

Xəlilov Səbuhi, Orkestrin artisti

Azərbaycan Respublikası, Bakı şəhəri.