Alim Məmmədov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin 7 may 2026-cı il tarixli məlum sərəncamlarınızla Gəncə Dövlət Milli Dram Teatrının bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və mükafatına layiq görülməsi yaradıcı kollektivimiz tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Bu yüksək qiymət ölkəmizdə mədəniyyətə, incəsənətə və teatr sənətinin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Göstərilən bu etimad və qayğı teatr kollektivimizin məsuliyyətini daha da artırmaqla bizi yeni yaradıcılıq uğurlarına sövq edir. Yaradıcı kollektivimiz bundan sonra da Azərbaycan teatr sənətinin inkişafı, milli mədəniyyətimizin təbliği və dövlətçilik dəyərlərinin yaşadılması istiqamətində fəaliyyətini əzmlə davam etdirəcəkdir.
Bir daha Sizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Alim Məmmədov – Xalq artisti
Pərvanə Qurbanova – Xalq artisti
Ramiz Vəliyev – Əməkdar artist
Sevda Orucova – Əməkdar artist
Elşad Əhmədov – Teatrın quruluşçu rejissoru
Azərbaycan Respublikası, Gəncə şəhəri.