13 may 2026, 14:50

Orxan Nəbiyev, Mingəçevir, Azərbaycan

Cənab Prezident,

Siyasi və iqtisadi uğurlarınıza, beynəlxalq aləmdə qazandığınız və ölkəmizə qazandırdığınız nüfuza görə Sizə minnətdarlıq edirəm. Çünki bu uğurlar sayəsində ölkəmiz günü-gündən inkişaf edir, yeni hədəflərə doğru inamla addımlayır.

Sizi bu xalqa bəxş etdiyinə görə Allahdan Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirəm. Siz Heydər Əliyev məktəbinin layiqli yetirməsisiniz.

Mən, şəhid övladı olaraq, Sizinlə fəxr edirəm. Sizin və Vətənimizin uğrunda hər bir fədakarlığa hazıram.

Hörmətlə,

Orxan Nəbiyev,

şəhid övladı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.