12 may 2026, 17:30

Dünyamin Abışovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin sayənizdə Azərbaycanımız sərhədlərini bərpa etdi, bütövləşdi. Mən də Sizin sayənizdə artıq doğma elimdə, obamda – Ağdamdayam. Bizə belə böyük xoşbəxtlik bəxş etdiyinizə görə Sizə hər zaman minnətdaram.

Yeni evimin eyvanından hamıya səslənərək Sizin çox böyük Sərkərdə, müdrik Lider olduğunuzu demək istəyirəm. 1000 illər keçəcək Sizin rəhbərliyinizlə xalqımızın qazandığı qələbələr əfsanələrə çevriləcək. Bu əfsanələrin qəhrəmanı Ulu Öndərimiz və Siz olacaqsınız.

Mən fəxr edirəm ki, bu tarixi yaşamışam. Hər zaman Sizinlə qürur duyuram.

Var olun və hər şeyə görə çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Abışov Dünyamin Nizami oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu.