13 may 2026, 16:00

Həzi Aslanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müzəffər Ali Baş Komandan,

Ulu Öndər Heydər Əliyevin tarixi vətənpərvərlik ənənələrini uğurla davam etdirərək faşizm üzərində Qələbənin 81-ci ildönümündə birinci xanım Mehriban Əliyeva ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət etdiyinizə, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə bir daha ehtiram göstərdiyinizə görə Aslanovlar ailəsi adından Sizə təşəkkürümüzü bildiririk. Həmçinin Sizin müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız, onlara hərtərəfli diqqət və qayğı göstərməyiniz həmişə minnətdarlıqla qarşılanır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, qalib Azərbaycanımızın daha da inkişafı naminə çox böyük xidmətlərinizdə, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Həzi Aslanov

Azərbaycan Respublikası, Bakı şəhəri.