Əliş Əzimovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident İlham Əliyev,
Müasir və güclü Azərbaycanın inkişafı, xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz uğurlu və qətiyyətli siyasətə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik yolunun Sizin rəhbərliyinizlə uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını təmin etmiş, milli birliyimizi və dövlətimizin gücünü daha da artırmışdır. Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ideyası bu gün reallığa çevrilməkdədir.
Xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır. Müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və sosial obyektlərin tikintisi, doğma yurdlarına qayıdan insanlarımız üçün yaradılan şərait dövlətimizin gücünü və xalqına olan bağlılığını bir daha nümayiş etdirir.
Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən dirçəldilməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi yüksək qiymətləndirilir. Bu istiqamətdə görülən işlər gələcək nəsillər üçün böyük bir irsdir.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar və Azərbaycan naminə həyata keçirdiyiniz bütün mühüm missiyalarda yeni nailiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Əliş Əzimov
Azərbaycan Respublikası, Şirvan şəhəri.