İncəsənət xadimlərindən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz daim sənətə və sənətkara böyük qiymət verir, mədəniyyət və incəsənət xadimlərinin sosial-rifah halının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayırsınız. Sənət adamlarına diqqət və qayğı göstərməklə Siz mədəniyyətin sabahını da düşünür, yeni istedadların yetişmələri üçün hər cür şərait yaradırsınız.
Sizin mayın 7-də incəsənət və mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının və Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi ilə bağlı imzaladığınız sərəncamlar mədəniyyət və incəsənət xadimlərinin daim dövlətin diqqətində olduğunu bir daha təsdiqlədi.
Biz də həmin sərəncamla Prezident mükafatına layiq görüldük. Əməyimizə və səhnə fəaliyyətimizə verilən qiymətə görə Sizə minnətdarıq.
Hörmətlə,
Zeynalov Cümşüd,
Şirinov Aslan,
Seyidova Ceyla.
Azərbaycan Respublikası, Bakı şəhəri.