13 may 2026, 13:44

Gənc solistdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mənə göstərilən yüksək etimada və gənc incəsənət xadimi kimi Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməyimə görə Sizə dərin təşəkkür və sonsuz minnətdarlığımı bildirirəm.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz daimi diqqət və qayğı, xüsusilə gənc sənət adamlarına verilən dəyər bizim üçün böyük stimul və mənəvi dayaqdır. Səhnə fəaliyyətimə verilən bu yüksək qiymət mənim üçün yalnız böyük qurur deyil, eyni zamanda Azərbaycan incəsənətinə daha böyük məsuliyyət və sevgi ilə xidmət öhdəliyidir. Bu ali diqqətə görə Sizə bir daha təşəkkür edir, möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Cəfərzadə Fatimə Üzeyir qızı,

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatırının solisti

Azərbaycan Respublikası, Bakı şəhəri.