İlham Əsgərovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdünün və mükafatlarının verilməsi haqqında 2026-cı il 7 may tarixli sərəncamlarınız sənət adamlarına, o cümlədən Akademik Milli Dram Teatrında çalışan yaradıcı heyət üzvlərinə böyük sevinc bəxş etdi .
Teatrımızın aktrisası, Əməkdar artist Hicran Nəsirova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 21 aktyorumuz Prezident mükafatına layiq görülmüşdür. Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğıya görə Akademik Milli Dram Teatrının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə böyük və davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
İlham Əsgərov,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri.