08 may 2026, 17:21
Adilə Rəhimovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Fəaliyyətimi yüksək qiymətləndirərək məni Prezident mükafatı ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu mükafat mənim üçün böyük şərəf olmaqla yanaşı, Bülbül adına orta ixtisas musiqi məktəbindəki gələcək işlərimdə daha böyük nailiyyətlər qazanmaq üçün məsuliyyətimi artırır. Musiqimizin inkişafı naminə çalışmağa davam edəcəyəm.
Azərbaycanın müstəqilliyi və dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız fədakar mübarizədə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Adilə Rəhimova,
Bülbül adına Orta İxtisas musiqi məktəbinin müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri.