08 may 2026, 15:55
Arif Talıbovdan, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizin sosial-iqtisadi inkişafına göstərdiyiniz yüksək diqqət və dəstək sayəsində əhalinin güzəranı ildən-ilə yaxşılaşır, yeni iş yerləri açılır, əhalinin məşğulluğu təmin olunur. Mən də bu əlverişli şəraitdən yararlanan vətəndaşlardan biriyəm. Özünüməşğuluuq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı ilə təmin olunmağım işsizlik problemimi həll etmişdir.
Apardığınız uğurlu sosial-iqtisadi siyasətinizlə bağlı Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizə bəxş etdiyiniz davamlı inkişaf yolunda yeni uğurlar arzulayır, möhkəm cansağlığı diləyirəm.
Hörmətlə,
Arif Talıbov
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Atakişili kəndi.