08 may 2026, 13:27

Məlahət Ağahəsənovadan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycanın inkişafı naminə gördüyünüz işlərin səs-sədası bu gün çox-çox uzaqlardan gəlir. Odlar Yurdunun davamlı inkişafı və tərəqqisi həm Azərbaycanın, həm də xarici ölkələrin vətəndaşları tərəfindən təqdir edilir, bir çox ölkələr üçün nümunə göstərilir.

Eyni zamanda ölkəmiz Avropa üçün etibarlı tərəfdaşa çevrilmişdir, qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqdadır. Elə son dövrlər Avropa ölkələrinin bir çoxunun dövlət və hökumət başçılarının Azərbaycana səfərləri də dediklərimə əyani sübutdur.

Əminik ki, Sizin müdrik siyasətiniz sayəsində regionda bərqərar edilən sülh yeni inkişaf cığırları açacaq, bölgə ölkələrinə daha parlaq günlər bəxş edəcəkdir. Ailəliklə Sizi dəstəkləir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Məlahət Ağahəsənova

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Günəşli kəndi.