07 may 2026, 19:00

İlqar Hüseynovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz davamlı diqqət və qayğı, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar hər bir sahibkar kimi məndə də böyük ruh yüksəkliyi və inam yaratmışdır.

Uzun illər ərzində Naftalan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisində durğunluq müşahidə olunurdu. Lakin Sizin rəhbərliyinizlə sahibkarlara göstərilən hərtərəfli dəstək, yaradılan əlverişli mühit və tətbiq olunan təsvir mexanizmləri bu sahədə də canlanma baş verməsinə səbəb oldu. Məhz göstərdiyiniz diqqət və qayğı sayəsində mən bir sahibkar olaraq, Naftalan şəhərində çoxmənzilli yaşayış binasının tikintisinə başlamaq imkanı əldə etmişəm. Bu təşəbbüs yalnız mənim sahibkarlıq fəaliyyətimin genişlənməsi deyil, eyni zamanda şəhərimizin sosial-iqtisadi inkişafına, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verəcəkdir. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində sahibkarlıq sahəsində əldə olunan nailiyyətlər bizi daha böyük hədəflərə döğru inamla addımlamağa ruhlandırır. Dövlət tərəfindən göstərilən bu yüksək diqqət və dəstək sahibkarların fəaliyyətinə stimul verir, onların cəmiyyətin inkişafında rolunu daha da artırır.

Göstərdiyiniz hərtərəfli dəstəyə və sahibkarlara yaratdığınız geniş imkanlara görə Sizə dərin minnətdarlığımı bildirir, dövlətimizin tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynov İlqar Nəsrəddin oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.