“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 may 2026, 16:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ictimai nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasının və fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi, habelə əhalinin şəhərdaxili hərəkətinin (mobilliyinin) daha keyfiyyətli təşkil edilməsi məqsədilə qərara alıram:

1. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyət “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;

2.3. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.4. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən – sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin icra orqanının yaradılması;

3.1.3. Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a):

3.2.1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

3.2.2. bu Fərmanın 3.1-ci bəndində və 3.2.1-ci yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

4. Cəmiyyətin Müşahidə Şurası aşağıdakı səlahiyyətləri həyata keçirir:

4.1. Cəmiyyətin inkişaf strategiyasına və onun icrası ilə bağlı tədbirlər planına, habelə əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə və biznes planına dair Ümumi Yığıncağa təkliflər vermək;

4.2. Cəmiyyətin gəlirlər və xərclər smetalarını, o cümlədən büdcə proqnozlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək və icrasını təmin etmək;

4.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına dair Ümumi Yığıncağa təkliflər vermək;

4.4. fəaliyyətinin səmərəliliyini artırmaq üçün etika, strateji planlaşdırma, risklərin idarə edilməsi və s. üzrə yardımçı komitələr yaratmaq və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə etmək;

4.5. Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin maliyyə planlaşdırılmasını təsdiq etmək və icrasını təmin etmək;

4.6. Ümumi Yığıncaqla razılaşdırmaqla Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək;

4.7. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə Cəmiyyət tərəfindən hüquqi şəxslərin yaradılması, eləcə də onların idarəetmə orqanlarının üzvlərinin (rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;

4.8. Ümumi Yığıncağın razılığı ilə Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərin strukturunu, işçilərinin say həddini, əməkhaqqı sistemini və əməyin ödənişi fondunu, ştat cədvəlini təsdiq etmək;

4.9. Cəmiyyətin mənfəətinin və zərərinin bölüşdürülməsi ilə bağlı sənədləri, həmçinin illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;

4.10. Cəmiyyətin daxili audit bölməsini təşkil etmək və onun əsasnaməsini Ümumi Yığıncaqla razılaşdırmaqla təsdiq etmək, əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad etmək;

4.11. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):

6.1. Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

7. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1196; 2025, № 8, maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nın 6-cı hissəsi və 8.5-ci bəndi ləğv edilsin.

8. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 177 (Cild I) 3-cü və 4-cü hissələri ləğv edilsin.

9. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 255 (Cild I); 2024, № 2, maddə 172)
1-ci və 2-ci hissələri ləğv edilsin.

10. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258 (Cild I); 2024, № 7, maddə 880) ləğv edilsin.

11. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 259 (Cild I) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2026-cı il

SƏNƏDLƏR Fərmanlar 30 iyul 2026
12:39
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su...

30 iyul 2026, 12:39
SƏNƏDLƏR Fərmanlar 30 iyul 2026
12:38
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı...

30 iyul 2026, 12:38
SƏNƏDLƏR Fərmanlar 30 iyul 2026
12:36
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 442-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya,...

30 iyul 2026, 12:36
SƏNƏDLƏR Qanunlar 30 iyul 2026
12:35
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində...

30 iyul 2026, 12:35
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:35
E.F.Cəfərovanın Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Esmira Firudin qızı Cəfərova Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:35
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:34
T. T.Tağızadənin Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:34
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:33
T. T.Tağızadənin Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

29 iyul 2026, 19:33
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:32
K.T.Xasiyevin Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham...

29 iyul 2026, 19:32
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:31
K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda Monteneqroda və Şimali Makedoniya Respublikasında...

29 iyul 2026, 19:31
SƏNƏDLƏR Sərəncamlar 29 iyul 2026
19:30
R.N.Sadıqbəylinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar...

29 iyul 2026, 19:30