05 may 2026, 18:47

Əmirxan və Jalə Həsənlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videoformatda qoşularaq nümayiş etdirdiyiniz prinsipial mövqe və qətiyyətli çıxışınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin bu iştirakınız dövlətimizin milli maraqlarını hər bir platformada uca tutmağınızın və Azərbaycanın sarsılmaz diplomatik iradəsinin bariz nümunəsidir. Haqq səsimizi ən mürəkkəb auditoriyalarda belə cəsarətlə ucaltdığınız üçün Sizinlə qürur duyuruq.

Hörmətlə,

Həsənli Əmirxan və Həsənli Jalə

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.